cemiyyet.info
cemiyyet.info

Rayonlara getmək istəyənlərin DİQQƏTİNƏ

3-06-2020, 09:15 12 dəfə baxılıb

 Rayonlara getmək istəyənlərin DİQQƏTİNƏ

Şəhərlərarası müntəzəm sərnişindaşıma yenidən bərpa edilə bilər. Ancaq bunun üçün yeni qaydalar müəyyən edilib.

BAKU.WS xəbər verir ki, şəhərlərarası müntəzəm marşrut avtobusları yeni qaydalarla fəaliyyət göstərəcək.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti TƏBİB-in tövsiyələrinə əsasən, avtobusları hazır vəziyyətə gətirib.

Nazirlər Kabineti yanında Operativ Qərargah rayonlararası müntəzəm sərnişindaşımaya qoyduğu məhdudiyyəti ləğv edəcəyi halda avtobuslar yenidən fəaliyyətə başlayacaq. Lakin avtobuslar tam dolu şəkildə səfərə çıxmayacaq.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova "Xezerxeber.az"a bildirib ki, avtobuslarda fasilə zamanı təmizlik işləri aparılacaq. Bununla yanaşı, maskasız heç bir sərnişin avtobusa buraxılmayacaq.

Nuridə Allahyarova əlavə edib ki, qiymət artımının olmamasına da xüsusi nəzarət olunacaq.

[video=https://www.youtube.com/watch?v=nU3veyIvnuE&feature=emb_logo]






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA