cemiyyet.info
cemiyyet.info

Azərbaycanda yoluxma ən çox bu ərazilərdədir

18-08-2020, 13:43 17 dəfə baxılıb

Azərbaycanda yoluxma ən çox bu ərazilərdədir
Azərbaycanda COVID-19-a yoluxma hallarının rayon və şəhərlər üzrə statistikası açıqlanıb.

Axar.az xəbər verir ki, yoluxmanın 56,2%-i Bakının payına düşür.

Sonrakı yerlərdə 15,9%-lə Abşeron, 6,6%-lə Gəncə-Qazax, 10%-lə Aran, 4,4%-lə Lənkəran, 1,9%-lə Quba-Xaçmaz, 1,7%-lə Şəki-Zaqatala, 1,0%-lə Yuxarı Qarabağ, 1,7%-lə Dağlıq Şirvan, 0,05%-lə isə Naxçıvan Muxtar Respublikası qərarlaşıb.

Ölkə xaricindən gələn şəxslərin isə 0,8 faizi virusa yoluxub.

Bakının rayonlarına gəlincə, ən yüksək göstərici Binəqədidə (14,2%) qeydə alınıb. Sonrakı yerdə 11,8%-lə Yasamal, 12,2%-lə Xətai, 11,9%-lə Sabunçu, 9,2%-lə Nəsimi, 8,1%-lə Suraxanı, 8,4%-lə Nərimanov, 7,2%-lə Nizami, 7,3%-lə Qaradağ, 4,5%-lə Səbail, 4,9%-lə Xəzərdə, 0,3%-lə Pirallahı gəlir.

Ölkə üzrə COVID-19-a yoluxanların 54 faizini qadın, 46 faizini isə kişilər təşkil edir.

Qeyd edək ki, bu günədək Azərbaycanda ümumilikdə 34 343 nəfər virusa yoluxub. Onlardan 32 042 nəfəri sağalıb, 508-i isə dünyasını dəyişib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA