cemiyyet.info
cemiyyet.info

Məhkəmə “Bravo”nu 6 500 manat cərimələdi

16-09-2020, 14:01 12 dəfə baxılıb

Məhkəmə “Bravo”nu 6 500 manat cərimələdi



Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Supermarket” MMC-nin (Bravo) inzibati qaydada cərimə edilməsi barədə məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.



Modern.az xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.



Qərara əsasən apellyasiya şikayəti təmin edilməyib və şirkətin 6 500 manat cərimə edilməsi barədə Yasamal Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.



Qeyd edək ki, Yasamal Rayon Məhkəməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin protokoluna əsasən, “Azərbaycan Supermarket” MMC-nin İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə təqsirli bilib.



Bu inzibati xətaya görə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.(Report)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA