cemiyyet.info
cemiyyet.info

Türkiyədən daha 50 həkim əsgərlərimizə xidmət göstərmək üçün Azərbaycana gəldi

13-10-2020, 12:30 3 dəfə baxılıb

Türkiyədən daha 50 həkim əsgərlərimizə xidmət göstərmək üçün Azərbaycana gəldi

Türkiyə Respublikasında fəaliyyət göstərən “Azərbaycanlı Həkimlər Dərnəyi”nin təşəbbüsü və Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə çalışan və təhsil alan 50 nəfərə qədər Azərbaycanlı tibb mütəxəssisi ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi naminə gedən döyüşlərdə yaralanan əsgərlərimizin müalicə prosesində könüllü tibbi xidmət göstərmək məqsədilə ölkəmizə gəlmişdir.

Modern.az-ın məlumatına görə, bundan başqa, mütəxəssislər özləri ilə müxtəlif tibbi vasitələr gətirmiş və ləvazimatları TƏBİB-ə təhvil vermişlər.

12 oktyabr 2020-ci ildə TƏBİB İdarə Heyətinin sədri və məsul əməkdaşları həkimlərlə görüşmüş, onları Vətəndə görməkdən məmnunluqlarını ifadə etmişlər.

İdarə Heyətinin sədri Ramin Bayramlı çıxış edərək bildirmişdir ki, “Bu gün Azərbaycan ordusunun qazandığı qələbələr Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın prinsipial mövqeyindən bir addım da geri çəkilmədiyini, öz ərazi bütövlüyünü bərpa etmək əzmində və gücündə olduğunu bir daha sübuta yetirdi. Bu tarixi qələbə yalnız ölkəmizin vətəndaşlarını deyil, dünyanın dörd bir yanında yaşayan həmvətənlərimizi səmimi qəlbdən sevindirir. Təsadüfi deyil ki, Türkiyədə yaşayan həkimlərimiz də öz bilik və bacarıqları ilə Vətən müharibəsində yaralanan əsgərlərimizin sağlamlıqlarına qovuşmaları üçün əzmlə çalışacaqlar.Natiq eyni zamanda vurğuladı ki, “Azərbaycanda tibbi personalın kifayət qədər olmasına baxmayaraq, Sizin bu gün Vətəndə olmaq istəyiniz bizi qürurlandırdı və bu nəcib təşəbbüsə görə hər birinizə dərin minnətdarlığımızı bildiririk”
Sonda Türkiyədə çalışan azərbaycanlı həkimlər bu mübarizədə əsgərlərimizin sağlamlıqlarını qorumağın onların mənəvi borcu olduqlarını bildirdilər, yaradılan şəraitə görə Heydər Əliyev Fonduna təşəkkür etdilər.

Məlumat üçün bildiririk ki, tibbi mütəxəssislər TƏBİB-in tabeliyində olan müəssisələrdə xidmət göstərəcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA