cemiyyet.info
cemiyyet.info

Hindistanda ildırım bir gündə 107 nəfərin həyatına son qoydu

26-06-2020, 11:47 4 dəfə baxılıb

Hindistanda ildırım bir gündə 107 nəfərin həyatına son qoydu


Hindistanda ildırım bir gündə 107 nəfərin həyatına son qoydu
Hindistanda bir gün ərzində 107 nəfər ildırım vurması nəticəsində ölüb.

Bu barədə “The Times of India” nəşri məlumat yayıb.

Qəzet yazır ki, ildırım Bihar ştatında 83, Uttar-Pradeş ştatında isə 24 nəfərin həyatına son qoyub.

İldırım vurması nəticəsində ölənlərin əksəriyyəti əkin sahələrində işləyən insanlardır.

Hindistanın Təbii Fəlakətlərlə Mübarizə İdarəsinin nümayəndəsi Sandip Kumar bildirib ki, həlak olan vətəndaşların hər birinin ailəsinə 5,3 min dollar (doqquz min manat) təzminat ödəniləcək.

oxu.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA