cemiyyet.info
cemiyyet.info

Leyla Əliyevanın dəstəyilə rəssam tələbə əlil arabasından qurtuldu -

23-06-2020, 17:32 5 dəfə baxılıb

Leyla Əliyevanın dəstəyilə rəssam tələbə əlil arabasından qurtuldu -

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dördüncü kurs tələbəsi, birinci qrup əlil Cavid Həsənli əməliyyat olunaraq, əlil arabasından qurtulub.

Trend-in məlumatına görə, Cavid Həsənlinin xəstəliyi yeddi yaşından başlayıb və orta təhsilini evdə tamamlayıb.

2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına rəngkarlıq ixtisası üzrə qəbul olunub. Üçüncü kursda oxuyarkən səhhəti ağırlaşıb və təhsilini yarımçıq qoymaq təhlükəsi ilə üzləşib. Əməliyyat üçün tələb olunan böyük məbləği ödəmək imkanında olmayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyilə bir il ərzində Bakıda müxtəlif xəstəxanalarda dörd dəfə əməliyyat olunub və nəhayət, əlil arabasından xilas olub.

Təhsilini davam etdirmək imkanı qazanan Cavid Həsənli artıq məzun olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA