cemiyyet.info
cemiyyet.info

General Polad Həşimov və polkovnik dəfn olundu - FOTOLAR (YENİLƏNİB)

15-07-2020, 10:00 14 dəfə baxılıb

General Polad Həşimov və polkovnik dəfn olundu - FOTOLAR (YENİLƏNİB)

Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev İkinci Fəxri xiyabanda dəfn olunub.

Unikal.org xəbər verir ki, insan izdihamı müşahidə edilən dəfn mərasimində hərbi orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yaylım atəşi açılıb.

Qeyd edək ki, general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dünən səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.

*** 09:19

Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov dəfn olunur.

Unikal.org xəbər verir ki, general-mayorun cənazəsi İkinci Fəxri xiyabana gətirilib.

Xiyabanda orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yayılım atəşi açılıb.

Qeyd edək ki, general-mayor Polad Həşimov dünən səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub. Onun cənazəsi vida üçün ilk Qəbələdəki ata ocağına, daha sonra Sumqayıtdakı evinə gətirilib.

General Polad Həşimov və polkovnik dəfn olundu - FOTOLAR (YENİLƏNİB)
General Polad Həşimov və polkovnik dəfn olundu - FOTOLAR (YENİLƏNİB)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA