cemiyyet.info
cemiyyet.info

Türkiyədən Azərbaycana daha bir DƏSTƏK

17-07-2020, 16:52 11 dəfə baxılıb

Türkiyədən Azərbaycana daha bir DƏSTƏK


Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində hərbi təxribata yol verməsi və yaşayış məntəqələrini artilleriya atəşinə tutması qardaş Türkiyədə böyük narahatlıq və hiddətlə qarşılanıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından Unikal.org-a daxil olan məlumata görə, “Türk-İş” Türkiyə İşçi Sendikaları Konfederasiyasının, “HAK-İş” Konfederasiyasının, “Eğitim-Sen” Konfederasiyasının və digər sendikaların sədrlərindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin üzvü Səttar Möhbalıyevin ünvanına həmrəylik məktubları göndərilib.

Həmin məktublarda Türkiyə həmkarlar ittifaqlarının rəhbərləri Ermənistanın törətdiyi təxribatı kəskin şəkildə qınadıqlarını bəyan ediblər. Döyüşlərdə Azərbaycan ordusunun generalı Polad Həşimovun və digər hərbçilərin şəhid olması ilə əlaqədar başsağlıqlarını çatdırıblar.

Bəyanatlarda yeni təxribat axtarışına çıxan Ermənistanın Azərbaycan hərbçilərinin şəhid olmasına səbəb olduğu, bunun qarşılığında Azərbaycan Ordusunun cavab zərbələri ilə yerinə oturdulduğu vurğulanıb. Qeyd edilib ki, təcavüzkar Ermənistan və onun havadarları bilməlidirlər ki, Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirən Ermənistan hər zaman öz layiqli cavabını alacaqdır.

Türkiyənin Həmkarlar İttifaqlarının liderləri aparılan danışıqların nəticəsiz qaldığını, Ermənistanın seçdiyi taktikanın işğal müddətinin uzadılmasına xidmət etdiyini vurğulayıblar. Türkiyənin hər zaman olduğu kimi, Azərbaycanın yanında olduğunu, Ermənistanın təcavüzkar siyasətinə son verilməsinin zamanının gəldiyini, Azərbaycan Ordusunun bunu həyata keçirmək qüdrətində olduğunu bildiriliblər.

Qardaş ölkənin Həmkarlar İttifaqlarının rəhbərləri məktublarında ölkəmizin ərazi bütövlüyünün qorunması istiqamətində hər zaman Azərbaycan xalqının yanında olmaqda davam edəcəklərini bir daha bəyan ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA