cemiyyet.info
cemiyyet.info

Mədəniyyət naziri vəzifəsinin icrası ona tapşırıldı - SƏRƏNCAM

20-07-2020, 16:45 4 dəfə baxılıb

Mədəniyyət naziri vəzifəsinin icrası ona tapşırıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Anar Kərimovun Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edilib.

Prezidentin daha bir sərəncamı ilə Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Mədəniyyət nazirinin birinci müavini A.Kərimova verilib.

Xatırladaq ki, Anar Kərimov 23 may 2014-cü il tarixindən bu günə kimi Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi vəzifəsində işləyirdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA