cemiyyet.info
cemiyyet.info

İlham Əliyev milyarderi təbrik etdi, ona “Dostluq” ordeni verdi

31-08-2020, 13:15 13 dəfə baxılıb

İlham Əliyev milyarderi təbrik etdi, ona “Dostluq” ordeni verdi

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Vahid Yusifoviç Ələkbərov “Dostluq” ordeni ilə təltif edib.



Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.



****

Azərbaycan Prezidenti İlham Əliyev “LUKOYL” neft şirkətinin prezidenti cənab Vahid Ələkbərova məktub da göndərib.



Modern.az-ın məlumatına görə, məktubda deyilir: “Hörmətli Vahid Yusuf oğlu,



Sizi əlamətdar yubileyiniz – anadan olmağınızın 70 illiyi münasibətilə ürəkdən təbrik edirəm.



Sizin peşəkarlığınız və təşkilatçılıq istedadınız sayəsində bu gün “LUKOYL” dünyada ən iri neft-qaz şirkətlərindən biridir.



“LUKOYL” şirkətinin bizim ölkəmizdə çoxillik səmərəli fəaliyyəti Azərbaycan-Rusiya qarşılıqlı iqtisadi əlaqələrinin genişlənməsinə mühüm töhfə verir, bununla da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə şərait yaradır.



Sizə uzun ömür, möhkəm cansağlığı, firavanlıq və yeni uğurlar arzu edirəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA