cemiyyet.info
cemiyyet.info

Səfərbərlik Xidməti məlumat yaydı

5-10-2020, 14:59 16 dəfə baxılıb

Səfərbərlik Xidməti məlumat yaydı

Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncamının icrası uğurla davam edir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş,yaşı 35-dək olan və möhlət hüququ olmayan vətəndaşlarımız Silahlı Qüvvələrimizin şəxsi heyətlə komplektləşdirilməsi məqsədilə müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə yola salınırlar.

"Silahlı Qüvvələrimizin bir parçası olacaq övladlarını, doğmalarını sevərək xidmətə göndərən valideynlər və onların yaxınları ənənələrinə sadiq qalaraq gənclərin hərbi xidmətə yola salınma mərasimində yüksək əhval-ruhiyyə ilə iştirak edirlər.

Çağırışçılar hərbi xidmət dövründə nizam-intizamlı və ayıq-sayıq olacaqlarını, hərbi texnikanın sirlərinə mükəmməl yiyələnəcəklərini, əcdadlarımızın keçdiyi şərəfli yolu inamla davam etdirəcəklərini, Azərbaycan əsgəri adını uca tutacaqlarını qürurla ifadə edirlər".

Xatırladaq ki, gənc əsgərlər cəbhəyə deyil, müvafiq qoşun növlərinin hərbi hissələrinə - təlim mərkəzlərinə göndərilir və qarşıdakı 3 ay müddətində orada təlimlər keçərək hərbin sirlərini öyrənəcək və sonra xidmətlərini təyin olunduqları yerlərdə davam etdirəcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA