cemiyyet.info
cemiyyet.info

Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur

6-10-2020, 13:13 24 dəfə baxılıb

Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur

Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Bəli, bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimizdir. Ölümün gözünə dik baxaraq canlarını Vətənə fəda edən igid oğullarımızı xatırlamaq, yad etmək, ən əsası da gələcək nəsillərə örnək göstərmək hər birimizin ən ümdə vəzifəmiz olmalıdır. Çünki torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan oğul və qızlarmız bizlərə Vətəni, üçrəngli bayrağı əmanət edən şəxslərdir. O şəxslər ki, ilk və son kəlmələri Vətən olub. Bu gün biz vətəndaşlar da onların xatirəsini daim yaşatmaqla, bizlərə əmanət etdiklərinə sahib çıxmaqla ruhlarını şad etməliyik

Bu günlərimizdə Ali Baş komandan İlham Əiyevin başçılığı ilə torpaqlarıımızın düşməndən azad olması uğrunda Vətən üçün mübürizə aparan və şəhidlik zirvəsinə ucalan övladlarımızdan biri də 08.01.1988-ci ildə Beyləqanda anadan olan Kazımov Rantiq Fizuli oğludur. Rantiq könüllü olaraq ordu sıralarına yazılaraq 21.09.2020-ci ildə döyüş zonalarıdan biri olan Fizulinin azadlığı uğrnda döyüşə atılıb və 29.09.2020-ci ildə xidməti vəzifə borcunu yerinə yetirərkən Şəhid olub.
Müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan Kazımov Rantiq kimi oğullarımız döyüşlərdə mənfur düşmənə ağır zərbə vuraraq, layiqli dərs verərək qəhrəmanlıq salnaməsinə adlarını yazmaqla Vətənin bölünməzliyinə imza atirlar.

Biz Cemiyet.info kollektivi olaraq şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA