cemiyyet.info
cemiyyet.info

Bu gün Bakı metrosu yarım saat artıq işləyəcək

12-12-2019, 17:07 25 dəfə baxılıb

Bu gün Bakı metrosu yarım saat artıq işləyəcək


Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ"-“Düdelanj” qarşılşması ilə əlaqədar metronun “Gənclik” stansiyası 00:30-a qədər fəaliyyət göstərəcək.

Bu barədə Axar.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

“Qarşılaşmanı arenadan canlı izləyəcək tamaşaçılar 00:30-a qədər metropolitenin “Gənclik” stansiyasına daxil ola və qatarlarla mənzil başına çata bilərlər. Digər stansiyaların girişi adi iş vaxtı qaydası ilə saat 00:00-da bağlanacaq”, - deyə o bildirib.

Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün saat 21:55-də Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”-“Düdelanj” qarşılaşması baş tutacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA