cemiyyet.info
cemiyyet.info

“Arda Turan üçün o sözləri deməzdim” - Fatih Terim prezidentə qarşı

6-01-2020, 14:48 28 dəfə baxılıb

“Arda Turan üçün o sözləri deməzdim” - Fatih Terim prezidentə qarşı

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim klub prezidenti Mustafa Cengizin “Arda Turan gündəmimizdə deyil, olmayacaq da” sözlərinə münasibət bildirib.

Təcrübəli mütəxəssis prezidentin Arda ilə bağlı dediklərini düzgün hesab etməyib:

"Təbii ki, mən o cümləni deməzdim. Əgər bir oyunçu "Qalatasaray"a xidmət edibsə, bu klubun akademiyasından çıxıbsa və gedərkən bizə pul qazandırıbsa, bu cümləni səsləndirməkdən imtina edərdim. Arda olsun və ya başqası, fərqi yoxdur. Prezidentimiz elə deyib, amma mən o sözləri işlətməzdim. Başımın üstündə Allah var. Arda bir dəfə deməyib ki, alın bu müqavilə kağızını, "Qalatasaray"a gəlim. Belə istəyi heç vaxt olmayıb. Mən də kimdənsə alınmasını tələb etmədim. Ancaq zaman hər şeyin əlacıdır".(Qafqazinfo)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA