cemiyyet.info
cemiyyet.info

Azərbaycanda hansı sahələrə yardım ayrılacaq?

11-04-2020, 11:55 21 dəfə baxılıb

Azərbaycanda hansı sahələrə yardım ayrılacaq?


İqtisadiyyat Nazirliyinin iqtisadi siyasət şöbəsinin müdir əvəzi Elvin Camalov 20 fəaliyyət növü üzrə pandemiyanın təsir dairəsindən zərər çəkmiş sektorlar barədə danışıb.

Axar.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, E.Camalov bura sənaye sektoru üzrə istehsalın da aid olduğunu bildirib.

"İstehsal dedikdə ərzaq, dərman vasitələri, tütün və spirtli içkilərin istehsalı istisna edilir. Çünki pandemiyanın təsir dairəsində onlara təlabat elə də aşağı düşmür. Digər istiqamət ticarət və ictimai iaşə sektorudur. Bura tur operatorlarımız, mehmanxana və otel tipli yerləşdirilmə vasitələrimiz, hazırlıq kursları, uşaq hazırlıq mərkəzləri, ticarət və topdansatış obyektləri (ərzaq və dərman vasitələri istisna olunmaqla), eyni zamanda sərnişindaşıma və taksi fəaliyyəti daxildir.

Dövlətin çağırışlarına cavab verən sahibkarlar bundan yararlana biləcək. İşçilərin sayında ixtisar olubsa, bu, imtinaya səbəb ola bilər. Həmçinin, riskli vergi ödəyiciləri ilə əməliyyatlar müəyyən olunarsa, bu hallarda sistemdən imtina cavabı gələcək. Aprelin 8-dən sistem təminatı işə düşüb. Artıq müraciət edən hüquqi və fiziki şəxslərimiz var. Daxil edildiyi gün məlumatlar yoxlanılır. Təsdiqini tapdığı halda Maliyyə Nazirliyində tranzit hesab vasitəsilə sahibkarın göstərdiyi aktiv bank hesabına qısa müddət ərzində köçürülür”, - nazirlik rəsmisi bildirib.

E.Camalov muzdlu işçilərin əmək haqqının ödənilməsini meyarına da toxunub:

"Müəyyən olundu ki, ölkədə orta aylıq əmək haqqı 712 manatdır. Burada yuxarı hədd 712 manatdır. 712 manatdan aşağı olan əmək haqları üzrə ödəmə real əmək haqqı səviyyəsində müəyyən olunacaq. Yəni işçinin 500 manat əmək haqqısı varsa, ona 500 manat veriləcək. Bu əmək haqqı da iki hissədə - aprel və may ayları üçün veriləcək. Yəni 250+250 şəklində. Əmək haqqının 50 faizini dövlət dəstəkləmiş olacaq. Digəri isə sahibkarlıq subyektinin öz üzərində qalmış olacaq. 712 manatdan yuxarı əmək haqqı alanlara isə dövlət yenə 712 manat verəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA