cemiyyet.info
cemiyyet.info

Pandemiya ərzaq, dərman, tütün və spirtli içki istehsalına necə təsir edib? – RƏSMİ AÇIQLAMA

11-04-2020, 14:24 17 dəfə baxılıb

Pandemiya ərzaq, dərman, tütün və spirtli içki istehsalına necə təsir edib? – RƏSMİ AÇIQLAMA
"Koronavirus (COVID-19) pandemiyası sənaye sektorunu əhatə etsə də, ərzaq, dərman, tütün və spirtli içki istehsalına təsir etməyib"

BAKU.WS “report”a istinadən xəbər veirr ki, bunu Real TV-nin efirində İqtisadiyyat Nazirliyinin iqtisadi siyasət şöbəsinin müdir əvəzi Elvin Camalov deyib.

Onun sözlərinə görə, bu səbəbdən həmin fəaliyyət sahələrinə dövlət dəstəyi nəzərdə tutulmayıb.

"Pandemiyanın təsirində olan digər sektorlar ticarət, xidmət və nəqliyyat sektorlarıdır.

Ticarət sektoru üzrə dəstək veriləcək fəaliyyət sahələrinə topdan və pərakəndə satış aiddir, amma burada da ərzaq və dərman satışı istisna edilib.

Xidmət sektoruna gəlincə, bura turagentlər, turoperatorlar, otellər və bu tipli yerləşmə vasitələri, hazırlıq kursları və uşaq hazırlıq mərkəzləri aiddir.

Nəqliyyat sektoruna isə şəhərdaxili və şəhərətrafı sərnişindaşıma, o cümlədən taksi fəaliyyəti də daxildir”, - deyə o, qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA