cemiyyet.info
cemiyyet.info

Azərbaycanın dövlət borcu dünya səviyyəsindən 5 dəfə azdır - Vüsal Qasımlı

16-07-2020, 10:39 12 dəfə baxılıb

Azərbaycanın dövlət borcu dünya səviyyəsindən 5 dəfə azdır - Vüsal Qasımlı

"Əvvəlcədən də gözlənildiyi kimi, pandemiyanın təsiri altında ictimai iaşə, nəqliyyat, logistika, turizm və tikinti kimi sahələrdə geriləmə qaçılmaz olub".

Modern.az xəbər verir ki, bunu iyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasın nəticələrini şərh edərkən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bilidirib. İqtisadçı bu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 590,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəldiyini də diqqətə çatdırıb.



“Azərbaycanın liderlik etdiyi regional layihələr hətta pandemiya şəraitində belə töhfələr verir” - deyən V.Qasımlının sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu ilə bu ilin ilk yarısında daşınmış yüklərin həcmi 3,7 dəfə artıb:

“Şərq-Qərb nəqliyyat dəhlizi ilə bu ilin ilk dörd ayı ərzində 3 milyon ton, Şimal-Cənub nəqliyyat dəhlizi 800 min ton yük daşınıb.”



Vüsal Qasımlı bildirib ki, BVF-nin proqnozlarına əsasən, bu il dünyada dövlət borcu ötən illə müqayisədə 19 faiz artaraq ÜDM-in 101 faizini keçəcək:

“Müqayisə üçün bu göstərici Azərbaycanda orta dünya səviyyəsindən beş dəfə aşağıdır. BVF aşağıdakı alətlərdən istifadə edərək böhranla üzləşən ölkələrə işlərini sahmana salmaq üçün möhlət verir: Yoxsulluğun Azaldılması və Böyümə Güvəni (PRGT), Stand-By Razılaşmalar (SBA), Stand-By Kredit Mexanizmi (SCF), Genişləndirilmiş Fond Mexanizmi (EFF), Genişləndirilmiş Kredit Mexanizmi (ECF), Çevik Kredit Xətti (FCL), Ehtiyat və Likvidlik xətti (PLL), Sürətli Maliyyələşdirmə Aləti (RFI) və Sürətli Kredit Mexanizmi (RCF). Eləcə də, Dünya Bankı, Asiya İnkişaf Bankı, Böyük 20-lik və digər beynəlxalq təşkilatlar, habelə inkişaf etmiş ölkələr çətin iqtisadi duruma düşən dövlətlərə yardımlar edirlər. Azərbaycan COVİD-19 pandemiyası ilə mübarizədə daha çox daxili resurslarına əsaslanır və xarici borclanmaya üstünlük vermir.

“Moody`s” beynəlxalq reytinq agentliyi Azərbaycanda makroiqtisadi dayanılığın əsas qarantı kimi ölkənin valyuta rezervlərini göstərir. Bu il ölkənin sosial-iqtisadi inkişaf proqnozlarında neftin qiyməti hər barel üçün 55 dollar nəzərdə tutulduğu halda, bu ilin ilk altı ayı ərzində neftin orta qiyməti 38 dollar olub. Buna baxmayaraq, ilin əvvəlindən Azərbaycanın valyuta ehtiyatlarının azalması 100 milyon dollara çatmayıb.”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA