cemiyyet.info
cemiyyet.info

Gülbahar Şükürlünün səhhəti pisləşdi

14-09-2020, 12:10 4 dəfə baxılıb

Gülbahar Şükürlünün səhhəti pisləşdi

Qarmon ifaçısı Gülbahar Şükürlünün səhhəti pisləşib.

Kult.az xəbər verir ki, ifaçının ailə üzvü Teleqraf.com-a açıqlamasında Gülbahar Şükürlünün səhhəti yaxşı olmadığını deyib:

“Danışır, yemək yeyir, amma başı hərlənir. Əməliyyata getməlidir. Son bir həftədə bildik ki, vəziyyəti yaxşı deyil. Ona xərçəng diaqnozu qoyuldu. Başında şiş tapılıb. Təcili əməliyyat edilməlidir. Yaxınlarının təkidi ilə yəqin ki, əməliyyata razı salacaqlar. Evdə yatır, yaxınlarını tanıyır. Nitqi də normaldır”.

Qarmon ifaçısının maddi sıxıntısı da olduğu qeyd edilib:

“Maddi sıxıntı var. Pandemiya dövründə iş yox idi. Pandemiyadan öncə də toy mərasimlərinə getmirdi. Kənardan gəliri yoxdur və övladlarının da işi yoxdur. Müalicə üçün Heydər Əliyev Fonduna müraciət ediləcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA