cemiyyet.info
cemiyyet.info

Nisə Qasımova xərçəngə tutulduğunu təsdiq etdi

25-09-2020, 09:56 9 dəfə baxılıb

Nisə Qasımova xərçəngə tutulduğunu təsdiq etdi

Xalq artisti Nisə Qasımova xərçəng xəstəliyinə tutulduğunu etiraf edib.

Unikal.org xəbər verir ki, bir müddətdir xəstəliyini inkar edən sənətçi bu haqda sosial şəbəkə hesabında məlumat verib.

66 yaşlı müğənni əməliyyat olunduğunu bildirib. O, bundan sonra yeni mahnılar üzərində işləyəcəyini yazıb:

"Bəli, mən uzun müddətdir ki, görünmürdüm. Bundan sonra sosial şəbəkə hesabımda varam. Eşitdiyiniz xəbər doğrudur. Bəli, əməliyyat oldum, kiçik bir əməliyyatdır, narahat olmağa dəyməz. İstəməmişəm ağrılarımı, acılarımı sizə bildirim. Hər bir insanın başına xəstəlik gələ bilər. Elə böyük və qorxulu bir şey deyildi. Bundan sonra, yeni mahnılar üzərində işləyəcəm”.

Qeyd edək ki, N.Qasımovanın xərçəngə tutulduğu haqda məlumatı prodüser Tarix Əliyev (Tolik) vermişdi, lakin müğənni hər şeyin yaxşı olduğunu demişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA