cemiyyet.info
cemiyyet.info

Rusiyadan daha 250 Azərbaycan vətəndaşı gətirildi

23-06-2020, 14:50 6 dəfə baxılıb

Rusiyadan daha 250 Azərbaycan vətəndaşı gətirildi

Bu gün Rusiyadan daha 250 Azərbaycan vətəndaşının ölkəyə gətirilməsi həyata keçirilib.

“Qafqazinfo” “Ria Daqestan”a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin və Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Dağıstan Muxtar Respublikasının rəhbəri Vladimir Vasilyev və Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayev arasında dövlət sərhədindən keçərək vətənə dönən Azərbaycan vətəndaşlarının sayının artırılması barədə razılıq əldə olunub.

Vətəndaşların artıq Samur sərhəd-keçid məntəqəsi vasitəsi ilə Azərbaycan tərəfə keçdiyi bildirilib.

Vətənə qayıdan vətəndaşlar koronavirus epidemiyası ilə əlaqədar görülən tədbirlər çərçivəsində bir müddət xüsusi hazırlanmış düşərgədə karantində saxlanılacaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA