cemiyyet.info
cemiyyet.info

Azərbaycanda kimlər general-polkovnikdir? - Siyahı

26-06-2020, 12:15 3 dəfə baxılıb

Azərbaycanda kimlər general-polkovnikdir? - Siyahı

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin sərəncamıyla general-leytenant Kərəm Mustafayevə general- polkovnik hərbi rütbəsi verilib.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycanda bununla da sözügedən general-polkovnik rütbəsi daşıyanların sayı 19-a çatıb. Bundan əvvəl isə, 18 məmura general-polkovnik rütbəsi verilib.

Sözügedən rütbəylə təltif edilən şəxslərin adlarını təqdim edirik:

1. Zakir Həsənov - Müdafiə naziri

2. Nəcməddin Sadıqov - Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi

3. Ramil Usubov – Eks Daxili İşlər naziri, Prezident yanında Təhlükəsizlik Şurasının katibi

4. Kəmaləddin Heydərov - Fövqəladə Hallar naziri

5. Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi

6. Vaqif Axundov - Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi

7. Bəylər Eyyubov - Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi

8. Namiq Abbasov - Azərbaycanın sabiq Milli Təhlükəsizlik naziri

9. Səfər Əbiyev – Sabiq Müdafiə naziri

10. Eldar Mahmudov - sabiq Milli Təhlükəsizlik naziri

11. Tofiq Ağahüseynov - Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı)

12. Aydın Əliyev - Dövlət Gömrük Komitəsinin keçmiş sədri

13. Zakir Qaralov – Sabiq Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik)

14. Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik)

15. Fazil Məmmədov – Sabiq Vergilər naziri I dərəcəli dövlət vergi xidməti müşaviri (general-polkovnik)

16. Mədət Quliyev- Müdafiə Sənayesi naziri

17. Səfər Mehdiyev- Dövlət Gömrük Komitəsinin sədri

18. Kərəm Mustafayev- Müdafiə nazirinin müavini

19. Vilayət Eyvazov - Daxili İşlər naziri






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA