cemiyyet.info
cemiyyet.info

"Azərbaycan hansı həll yolunu seçəcəksə, biz yanında olacağıq" - Çavuşoğlu

13-07-2020, 15:17 7 dəfə baxılıb

"Azərbaycan hansı həll yolunu seçəcəksə, biz yanında olacağıq" - Çavuşoğlu

“Ermənistan Tovuz istiqamətində xaincəsinə hücum edib. Dörd azərbaycanlı qardaşımız şəhid olub. Əlbəttə ki, Azərbaycan Ordusu lazımi cavabı verib və düşməni geri oturdub”.

Unikal.org-un xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “TRT Haber”ə müsahibəsində deyib.

O bildirib ki, Ermənistan yeni toqquşma meydanı yaratmaqla, diqqəti işğal etdiyi ərazilərdən başqa istiqamətə yönəltmək istəyir.

“Ermənistan bu günə kimi münaqişənin siyasi həll yoluna yaxın durmayıb. Beynəlxalq ictimaiyyətin səmimi və qeyri-səmimi cəhdləri olub. Lakin Ermənistan indiyədək heç bir həll yoluna yanaşmayıb. Ermənistanın etdiyi qəbuledilməzdir. Ermənistan ağlını başına yığsın, Azərbaycan tək deyil. Biz Türkiyə Cümhuriyyəti və türk milləti olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Azərbaycanın ərazi bütövlüyünün qorunmasına əlimizdən gələn dəstəyi verəcəyik. Biz demişik ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı həll yolunu seçəcəksə, biz Azərbaycanın yanında olacağıq. Bu həssas bir cümlədir. Bunu bilərəkdən dedim”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA