cemiyyet.info
cemiyyet.info

Paşayeva Ramil Səfərovla görüşdü - Foto

27-08-2020, 12:49 12 dəfə baxılıb

Paşayeva Ramil Səfərovla görüşdü - Foto

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovla görüşüb.

Axar.az xəbər verir ki, Mədəniyyət komitəsində baş tutan görüşdə Qənirə Paşayeva Ramil Səfərovu doğum günü münasibətilə təbrik edib, ona şəxsi və iş həyatında uğurlar arzulayıb.

Zabitimizin gələnilki doğum gününü doğma Cəbrayılda keçirməsini arzu edən Q.Paşayeva, əslində, bunun yalnız bir arzu olmadığını, dərin inamın ifadəsi olduğunu deyib:

"Bu inamı bizə cənab Ali Baş Komandanımıza, Silahlı Qüvvələrimiz və sizin kimi vətənpərvər zabitlərimizə bəslədiyimiz inam verir. İnşallah, Ali Baş Komandanımızın rəhbərliyi ilə Qarabağımızda torpaqlarımızı işğaldan azad edib, o torpaqlarda ləyaqətli həyatı bərpa edəcəyik".

Komitə sədri Qənirə Paşayeva Ramil Səfərova vətənimizin müdafiəsi istiqamətindəki fəaliyətində daha da böyük uğurlar diləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA