cemiyyet.info
cemiyyet.info

Komitə sədri Ramil Səfərovla görüşdü

27-08-2020, 14:10 9 dəfə baxılıb

Komitə sədri Ramil Səfərovla görüşdü

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovla görüşüb.



Cemiyet.info Modern.az-a istinadən xəbər verir ki, Mədəniyyət Komitəsində baş tutan görüşdə, Qənirə Paşayeva Ramil Səfərovu doğum günü münasibətilə də təbrik edib, ona şəxsi və iş həyatında uğurlar arzulayıb. Zabitimizin gələn ilki doğum gününü doğma Cəbrayılda keçirməsini arzu edən, Q.Paşayeva, əslində, bunun yalnız bir arzu olmadığını, dərin inamın ifadəsi olduğunu deyib:



"Bu inamı bizə Ali Baş Komandanımıza, Silahlı Qüvvələrimizə və sizin kimi vətənpərvər zabitlərimizə bəslədiyimiz inam verir. İnşallah, Ali Baş Komandanımızın rəhbərliyi ilə Qarabağımızda torpaqlarımızı işğaldan azad edib, o torpaqlarda ləyaqətli həyatı bərpa edəcəyik".



Komitə sədri Ramil Səfərova vətənimizin müdafiəsi istiqamətindəki fəaliyyətində daha da böyük uğurlar diləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA