cemiyyet.info
cemiyyet.info

Milli Məclisin komitəsi iki qanun layihəsi hazırlayır

10-09-2020, 12:17 10 dəfə baxılıb

Milli Məclisin komitəsi iki qanun layihəsi hazırlayır

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Unikal.org xəbər verir ki, komitə sədri Tahir Mirkişilinin rəhbərliyi ilə keçirilən iclasın gündəliyinə 8 məsələ daxil edilib.

İclasda 2020-ci il yaz və növbədənkənar sessiyaları ərzində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində görülən işlər barədə hesabat təqdim edilib, komitənin 2020-ci il payız sessiyası dövrünə dair işlər planına baxılıb.

Tədbirdə komitə üzvləri “Müstəqil Dövlətlər birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Sazişin təsdiq olunması barədə qanun layihəsi haqqında, “Dövlət rüsumu haqqında”, Vergi Məcəlləsinə, Əmək Məcəlləsinə, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “İşsizlikdən sığorta haqqında” və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında”, Mülki Prosessual Məcəlləyə, Cinayət Məcəlləsinə, Miqrasiya Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Nağdsız hesablaşmalar haqqında”, Vergi Məcəlləsinə dəyişiklik layihələri birinci oxunuşda müzakirə ediblər.

Daha sonra müzakirə edilən qanun layihələri parlamentin plenar iclasına tövsiyə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA