cemiyyet.info
cemiyyet.info

Azərbaycanın Yunanıstandakı səfiri Bakıya ÇAĞIRILDI

8-10-2020, 15:15 5 dəfə baxılıb

Azərbaycanın Yunanıstandakı səfiri Bakıya ÇAĞIRILDI


"Ermənistan silahlı qüvvələrinin bu ilin 27 sentyabr tarixində Azərbaycan Respublikasına qarşı başlatdığı yeni təcavüz aktı çərçivəsində xarici ölkələrdən, o cümlədən Yunanıstandan erməni əsilli vətəndaşların döyüşlərdə iştirak etmək məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərinə gəlməsi ilə bağlı açıq mənbələrdə yer alan məlumatlar tərəfimizdən Yunanıstan XİN-in diqqətinə çatdırılıb. Bu xüsusda qarşı tərəfə müvafiq araşdırmaların aparılaraq məlumatın verilməsi üçün müraciət edilib".


Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.


Bildirilib ki, bunun ardınca, Yunanıstan tərəfinin öz səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarı ilə əlaqədar, Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı səfiri də məsləhətləşmələr üçün Bakıya çağırılıb.


Qeyd edək ki, Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynovdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA