cemiyyet.info
cemiyyet.info

Həmsədrlər Moskvada Ceyhun Bayramovla Qarabağla bağlı görüşəcəklər

9-10-2020, 12:26 5 dəfə baxılıb

Həmsədrlər Moskvada Ceyhun Bayramovla Qarabağla bağlı görüşəcəklər

ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağdakı vəziyyətin həlli ilə bağlı dünən Cenevrədə keçirilmiş danışıqlar cümə günü Moskvada davam edəcək.

Unikal.org xəbər verir ki, bu barədə TASS öz mənbəyinə istinadla məlumat verir.

“Danışıqlar bu gün Azərbaycan XİN-nin rəhbəri ilə davam edəcək, lakin Moskvada (Cenevrədə deyil)”. Minsk qrupunun həmsədrləri Moskvaya uçurlar”, - deyə mənbə bildirib və əlavə edib ki, Cenevrədə danışıqlar cümə günü 01:00-da başa çatıb.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Bakı və Yerevana həlak olanların cəsədlərinin və əsirlərin dəyişdirilməsi məqsədilə humanitar zəmində atəşkəsə çağırış edib. Bu məqsədlə Azərbaycan və Ermənistan XİN rəhbərləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanı məsləhətləşmələrin aparılması üçün Moskvaya dəvət ediliblər. Hər iki ölkənin XİN-nin başçısı dəvəti qəbul edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA