cemiyyet.info
cemiyyet.info

"Kimisə yüksək hərarətə görə imtahana buraxmırıqsa..." - DİM

17-07-2020, 17:01 5 dəfə baxılıb

"Kimisə yüksək hərarətə görə imtahana buraxmırıqsa..." - DİM

“Yüksək hərarət müxtəlif səbəblərə görə ola bilər. Bu səbəbdən kimisə imtahana buraxmırıqsa, ilk növbədə biz onu və ətrafında olan insanların sağlamlığını qoruyuruq”.

Unikal.org-un məlumatına görə, bunu onlayn mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, bu məsələ ictimaiyyət tərəfindən düzgün qəbul olunmalıdır: “Yoluxucu xəstəliyi olmayan və iyunun 10-11-də keçirilən imtahanlarda iştirak edə bilməyən şagirdlərin bir qismini 25-26 iyunda keçirilən imtahana dəvət etmişdik. Bir qismi isə iyulun 2-3-də keçirilən imtahanlarda iştirak edib. Biz son bir ayda 146 min 166 nəfər üçün imtahan təşkil etmişdik. Onlardan 3822 nəfəri imtahanda iştirak etməmişdi. Həmin şəxslərlə bağlı proses davam edir, araşdırırıq ki, imtahanlarda kim hansı səbəbdən iştirak etməyib. Kiminsə ailəsi karantin rejimindədirsə, həmin şəxsləri dəvət edə bilmərik. Bunların hamısını yoxlayırıq ki, kim növbəti imtahanlarda iştirak edə bilər, həkimlər icazə verir. Həmin şəxsləri 4 gün üçün planlaşdırılan imtahanlara dəvət edəcəyik. Ola bilsin ki, kimsə axırıncı imtahan günü xəstə oldu. Biz bu prosesi il boyu davam edə bilmərik ki, kimsə sağalsın, sonra o da prosesə qoşulsun. Əvvəlki illərdə də belə hallar olub ki, kimdəsə yoluxu xəstəlik, məsələn, suçiçəyi, qızılca və s. aşkarlanıb. Onlar imtahana buraxılmayıb, bu, bütün dünyada belədir. Yoluxucu xəstəliyi olanlar imtahanlara buraxılmır. Bəzən yazırlar ki, onlar üçün xüsusi şərait yaradılsın, bunun nə qədər çətin proses olduğunu təsəvvür etmək mümkün deyil. Dünyanın heç bir yerində belə proses aparılmır. Yoluxucu xəstəliyi olan şəxslərin ümumiyyətlə evdən çıxmaq hüquqları yoxdur. Çox istəyərdik ki, hamı sağlam olsun, imtahana gəlsin. Ona görə də hamı sanitar-gigiyenik normala əməl etsin ki, imtahana gələ bilsin”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA