cemiyyet.info
cemiyyet.info

700 bal toplayan abituriyent seçim etdi

3-09-2020, 11:15 8 dəfə baxılıb

700 bal toplayan abituriyent seçim etdi

Pandemiyaya qədər fərdi hazırlıq kursuna gedirdim. Onlayn dərslərə keçəndən sonra kurslar fəaliyyətini dayandırdı və kursumuz da onlayn formada hazırlıq keçməyə başladı.

Bunu Axar.az-a açıqlamasında 2019-2020 tədris ilinin yekununda ali məktəbə qəbul imtahanlarında I ixtisas qrupu üzrə maksimum nəticə toplayan abituriyent Hüseyn Abdullayev deyib. O bildirb ki, artıq universitet seçimini də edib:

“Bakı Ali Neft Məktəbini seçəcəm. İxtisasım da böyük ehtimalla informasiya təhlükəsizliyi olacaq. Bu, dövrümüzün aktual sahələrindən biridir. Azərbaycanda da bu sahəyə böyük tələbat var”.

H.Abdullayev bildirib ki, 700 bal toplamağında bütün müəllimlərinin rolu var:

“700 bal toplamağımı ilk olaraq dostumdan eşitdim. Daha dəqiq desək, dostum bildirdi ki, cavablar çıxıb. Mən də sayta daxil olub gördüm ki, maksimum nəticə göstərmişəm. Çox sevindim. Bütün abituriyentlərə uğurlar arzulayıram”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA